Proksemika

Şəxsi məkan

Proksemika (ing. proximity - yaxınlıq sözündəndir) və ya şəxsi məkanünsiyyətin məkan və zaman işarələri sistemini öyrənən sosial psixologiyasemiotikanın sahəsi.

Xüsusi işarə sistemi kimi çıxış edərək, ünsiyyət prosesinin təşkili məkanı və vaxtını kommunikativ vəziyyətin tərkib hissəsi olmaqla semantik yük daşıyır.

Proksemika kommunikatorlar arasındakı məsafəni öyrənir, onlar arasında ünsiyyətin xarakteri, onların emosional vəziyyəti və ünsiyyətin sosial-mədəni xüsusiyyətləri haqqında məlumat daşıyır[1].

  1. Кудинова Е. С. Просодические и невербальные характеристики речи в синхронии и диахронии (на материале британских художественных фильмов) // Вестник Московского государственного лингвистического университета. Гуманитарные науки. № 1 (712). 2015. 2020-03-26 tarixində arxivləşdirilib.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search